Cümə, 03 May

Əli Əsədov sərəncamlar imzalayıb 

image

Baş nazir Əli Əsədov “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə prezidentinin 19 dekabr 2017-ci il tarixli fərmanında dəyişiklik edilməsi barədə” və "Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” dövlət başçsının 10 oktyabr 2022-ci il 12 fevral tarixli fərmanlarının icrasını təmin etmək məqsədilə sərəncamlar imzalayıb.

Məlumata görə, sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının son fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hökumətə təqdim etməli, eləcə də İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, “Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsi dövlət qeydiyyatına alındıqdan sonra MMC-in balansındakı əmlakın yeni qurumun balansına verilməsini 20 gün müddətində təmin edib, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Bundan başqa, razılaşdırma prosesinin iştirakçılarına (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatana qədər Nazirlər Kabinetinə təqdim etmək, eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlərə “Normativ hüquqi aktlar haqqında” qanunun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etmək tapşırılıb.

Sərəncamlarda həmçinin deyilir ki, mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat versinlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat versin.

Sərəncamların icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15