Çərşənbə, 15 May

Taxıl dəhlizi: Ərzaq dolu daha yeddi gəmi Ukraynadan yola çıxdı

image

Odessanın “Yujnı” və “Çernomorsk” limanlarından 100 min tondan çox kənd təsərrüfatı məhsulu daşıyan yeddi gəmi yola düşüb.

Bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

“Bu gün BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən icarəyə götürülmüş “Pangeo” yükdaşıyıcı gəmisi Çornomorsk limanını tərk edib. O, Yəmənə 40 min ton buğda aparır”, - məlumatda bildirilib.

Həmçinin, taxıl dəhlizi təşəbbüsü çərçivəsində Ukrayna limanlarından 124,3 min ton kənd təsərrüfatı məhsulları daşıyan daha 6 gəmi çıxıb. Məhsulların Asiya və Avropa ölkələrinə daşındığı qeyd olunub.

Xatırladaq ki, avqustun 1-dən bu günədək gəmilər vasitəsilə Afrika, Asiya və Avropa ölkələrinə 8,5 milyon tondan çox kənd təsərrüfatı məhsulu daşınıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00