Cümə axşamı, 25 Aprel

Ermənistanda Aİ missiyası: “Bu, Paşinyanın devrilməsi ilə nəticələnəcək”

image

“Ümumiyyətlə, Ermənistan Baş nazirinin hazırkı siyasəti, ilk növbədə, Azərbaycanla sülh müqaviləsindən yayınmaq, prosesi uzatmaq və müəyyən geosiyasi vəziyyəti gözləməkdən ibarətdir”.

Bu sözləri açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O, Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərən KTMT və Avropa İttifaqı (Aİ) mülki missiyası arasındakı fərqə və Ermənistanın yürütdüyü siyasətə münasibət bildirib:

“Paşinyan KTMT-nin deyil, konkret olaraq Aİ mülki missiyasının yerləşdirilməsinə çalışır. Bu, Praqadakı dördtərəfli razılaşmaya əsasən icra olunur. Onlar bu missiyanın arxasında gizlənib, Azərbaycana qarşı müəyyən təxribatlar həyata keçirə bilərlər. Ermənistanın hazırda Kəlbəcər istiqamətində atəşkəsi mütəmadi pozması buna əyani sübutdur.

Ümumiyyətlə, Ermənistanın Baş naziri KTMT ilə Aİ mülki missiyası arasında manevr edir və çalışırdı ki, KTMT-ni prosesdən uzaqlaşdırsın. Son nəticədə o buna nail oldu. Paşinyanın daha bir siyasəti növbəti ildə KTMT-dən çıxmaqdır. Bununla bağlı mesaj da verib”.

M. Əsədullazadənin sözlərinə görə, Aİ mülki missiyasının Ermənistanda yerləşməsi və müddətin uzadılacağı da əvvəlcədən proqnozlaşdırılırdı:

“Bu, 2 ay müddətinə nəzərdə tutulmuşdu və 40 nəfərlik heyət olmalıydı. Artıq heyətin sayı 400 nəfərə qaldırılacaq və Ermənistan mümkün qədər prosesin vaxtını uzadacaq.

İstisna etmirəm ki, Ermənistan mülki müşahidə missiyasını növbəti mərhələdə Fransa hərbçiləriylə əvəzləsin. Onlar bu istiqamətdə çox çalışırlar, lakin Fransa dövləti hərbçilərinin Cənubi Qafqaza göndərilməsindən müəyyən qədər çəkinir, geosiyasi reallıqları nəzərə alır”.

Mütəxəssis izah edib ki, Ermənistanın KTMT və Aİ mülki missiyası ilə bağlı siyasəti Ermənistanda Rusiya və Avropanı toqquşdurmaq, prosesdə Rusiyanın neytrallaşdırmaq və Avropanın mövqeyini gücləndirmək məqsədi güdür:

“Paşinyan müəyyən dərəcədə buna nail olub. Lakin onun Aİ mülki missiyasının əməkdaşlarını sərhədə gətirməsinə baxmayaraq, proses Ermənistanın əleyhinə çevriləcək və Azərbaycan Ermənistanın mümkün təxribatlarının cavabını verəcək.

Onu da deyim ki, bu kimi müşahidə missiyaları sərhədlərin delimitasiya və demarkasiyası proseslərinə, habelə əldə olunan razılaşmaların yerinə yetirilməsinə mane olacaq”.

Siyasi şərhçi hesab edir ki, Aİ bu məsələyə razılıq verməməliydi:

“İkincisi, Aİ-nin qiymətləndirmə missiyası artıq Ermənistana gəlib. Azərbaycan, əlbəttə, buna etiraz edir və bu, qanunsuzdur. Çünki belə bir qiymətləndirici missiya hər hansı ATƏT üzvlərinə mandat vermir. Göründüyü kimi, Ermənistan uğrunda Avropa ilə Rusiyanın maraq toqquşmasını görürük".

"Ermənistan Aİ və ATƏT-in bütün missiyalarını Ermənistana dəvət etməklə həm də Rusiyanın mövqeyini zəiflədir, ümumi immunitet formalaşdırmağa çalışır. Bu, növbəti mərhələdə Paşinyanın devrilməsi ilə nəticələnəcək”, – deyə M. Əsədullazadə fikirlərini tamamlayıb.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33