Çərşənbə axşamı, 14 May

Ötən həftə dünyada bu qədər insan koronavirusa yoluxub

image

Ötən həftə dünyada koronavirusa təqribən 5,7 milyon yoluxma qeydə alınıb, əvvəlki 7 gün ilə müqayisədə yoluxmaların sayı 8 faiz, ölüm halları isə 5 faiz artıb.

Xəbər verilir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sonuncu həftəlik epidemioloji bülletenində bildirilir.

Məlumatda deyilir: “Qlobal planda COVID-19 yoluxmalarının sayı doqquzuncu həftədir ardıcıl davam edib. Ötən həftə təqribən 5,7 milyon yeni yoluxma barədə məlumat daxil olub ki, bu da əvvəlki pik həddin göstəricilərindən yuxarıdır”. Ölüm halları altı həftə ardıcıl şəkildə artıb və ötən həftə 87 min nəfər bu xəstəliyin qurbanına çevrilib. Bu, əvvəlki 7 gün ərzində qeydə alınmış göstəricidən 5 faiz çoxdur.

Aprelin 19-dan 25-dək dünyada 5.695.277 yoluxma və 87.826 ölüm halları qeydə alınıb. Aprelin 25-nə olan vəziyyətə görə, pandemiyanın əvvəlindən yoluxanların sayı 146.067.511 nəfər, ölənlərin sayı 3.092.497 nəfərdir.

Aprelin 19-dan 25-dək Cənub-Şərqi Asiyada yoluxmaların sayı kəskin (49 faiz, ÜST-nin bu regionuna o cümlədən Hindistan da aid edilir) artdığı halda, Avropada bu göstərici 12 faiz, Afrikada 9 faiz, Şimali və Cənubi Amerikada 8 faiz aşağı düşüb. Ölüm halları Cənub-Şərqi Asiyada (81 faiz) və Aralıq dənizinin şərq sahillərində (17 faiz) əhəmiyyətli dərəcədə artıb, lakin Qərbi Sakit okean regionunda (10 faiz), Şimali və Cənubi Amerikada (7 faiz) və Avropada (5 faiz) azalıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00