Cümə axşamı, 28 Mart

Qərb Putinə son nüvə xəbərdarlığını etdi

image

Krım körpüsünün partladılmasına cavab olaraq Rusiya ordusu tərəfindən Ukrayna paytaxtı Kiyev də daxil olmaqla iri şəhərlərin bombalanması Kremlin gözlədiyi effekti vermədi. Doğrudur, 20-yə yaxın insan həlak oldu, 100-dən artıq ukraynalı da yaralandı, bəzi enerji infrastrukturu, kommunikasiya xətləri dağıdıldı, nəticədə müharibənin ağır yaralar açdığı ölkəyə növbəti zərbələr dəydi.

Amma Kreml rəsmilərinin hesabladığı kimi, Ukrayna cəmiyyətində təşviş yaranmadı, Qərb müttəfiqləri də Rusiyanın insanlıq əleyhinə növbəti cinayətlərini təmkinlə və soyuqqanlılıqla qarşıladılar. ABŞ Prezidenti Co Bayden, NATO, Avropa İttifaqı rəhbərləri, eləcə də Böyük Britaniya və Almaniyaaqressorun məğlub edilməsi üçün sona qədər Ukrayna xalqının, dövlətinin yanında olacaqlarını bəyan etdilər. 

 

 

Üç gün əvvəl Ramştayn formatında 50 ölkəninmüdafiə, təhlükəsizlik rəsmilərinin keçirdiyi görüşdə Ukraynanın hava hücumundan etibarlı müdafiəsini təşkil edəcək HHM sistemləri ilə təmin olunması qərarlaşdırıldı. Habelə, Dünya Bankı raket hücumları zamanı enerji təsərrüfatına dəyən zərərin qarşılanması üçün Ukraynaya 550 milyon avroyardım ayırdı. Qərb kəşfiyyatının məlumatına görə, Ukrayna ordusu cəbhə xəttində üstünlüyünü davam etdirir və növbəti hücumlara hazırlaşır. Son günlər Xerson ətrafında daha 5 kənd azad olunub və ordu buradakı çoxminlik Rusiya qruplaşmasına həlledici zərbələr endirmək üçün əlverişli mövqelər qazanıb. Qərb ölkələrində təlim keçən minlərlə ukraynalı hərbçi də geri qayıdır və ordunun hücum mövqelərində yerləşdirilir. Habelə, müttəfiqlərin göndərdiyi yeni hücum silahları da artıq Ukrayna Silahlı Qüvvələrinin sərəncamındadır.

Bəs, Rusiya Ukrayna və onun müttəfqilərinin sistemli hazırlıqlarına qarşı hansı əməliyyatları planlaşdırır?

Son məlumatlara görə, səfərbərliklə toplanmış kontingentin bir hissəsi tələsik cəbhə bölgələrinə göndərilir. Habelə, Belarusdan, Rusiyanın hərbi bazalar saxladığı başqa ölkələrdən gətirilən texnika və hərbçilər də müdafiənin təşkil olunmasına səfərbər olunub. Ölkənin sovet dövründən qalmış hərbi texnikasının modifikasiya edilərək istifadə edilməsi istiqamətində də səylər var. Amma bu tədbirlər ən müasir silahlarla silahlanmış, yaxşı təlim görmüş, psixoloji olaraq tam üstün durumda olan Ukrayna ordusunun qarşısında olduqca sönük görünür. Kreml rəhbərliyi də bunu başa düşür, məğlubiyyətin qaçılmaz olduğunu görür və müttəfiqləri dayandırmaq üçün hədə-qorxu blefini davam etdirir. Həm Kreml rəsmiləri, həm də onun təbliğat tezislərini yayan media Ukraynaya və onu müdafiə edən NATO ölkələrinə qarşı taktiki nüvə silahlarından istifadə olunacağını bəyan edirlər. Bugünlərdə nüfuzlu media qurumlarında Putin komandasının Qərbdəki önəmli enerji infrastrukturuna zərbə planları haqqında məqalələr dərc edilib.

 

 

ABŞ Prezidenti Co Bayden ötən həftə deyib ki, Vladimir Putin Ukraynadakı müharibədə çətinə düşdükcə Qərbi kütləvi qırğın silahları ilə hədələyərkən zarafat etmir. "Axı hərbi uğursuzluqlar onun 23 illik hakimiyyətinə təhlükə yaradır", - Bayden əlavə edib.

Qərb mediasında yer alan təhlillər göstərir ki, Putinin Qərbi hədələyərək Ukraynaya dəstəkdən yayındırmaq üçün başqa üsullara əl atması ehtimalı daha çoxdur. Rusiya dənizdəki enerji boru kəmərləri və ya data kabellərini, yaxud hətta Yerin orbitində olan peykləri hədəfə ala bilər.

Bu ehtimallar Qərbin hərbi-siyasi mərkəzlərində ciddi təhlil olunur və adekvat reaksiyaların nədən ibarət olacağı açıqlanır.

Xatırladaq ki, hələ bir müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Devid Petreus bəyan etmişdi ki, nüvə təhdidi reallaşarsa, ABŞ Rusiyanın Ukraynadakı bütün hərbi qüvvələrini, o cümlədən Qara dəniz donanmasını məhv edəcək.

 

Avropa İttifaqının (Aİ) Xarici Siyasət üzrə Ali Nümayəndəsi Cozep Borrel isə daha kəskin açıqlama ilə çıxış edib. O, xəbərdarlıq edib ki, Moskva Ukraynaya nüvə hücumu həyata keçirməyə qərar verərsə, Aİ, NATO və ABŞ Rusiyaya cavab verəcək və Rusiya Ordusunu nüvə silahı işlətmədən məhv edəcək. Belçikanın Brügge şəhərində Avropa Diplomatik Akademiyasında etdiyi çıxışda Avropa diplomatiyasının rəhbəri əmin edib ki, Moskvaya nüvə silahından istifadə ilə bağlı blef etməyə icazə vermək olmaz. “Aydın olmalıdır ki, Ukraynanı, ABŞ-ı, NATO-nu və Aİ-ni dəstəkləyənlər də blef etmirlər”, - o vurğulayıb.

"Nüvə hücumunun cavabı nüvə silahı ilə deyil, amma o qədər güclü hərbi cavab veriləcək ki, Rusiya ordusu tamamilə məhv ediləcək", - deyə Borrell vurğulayıb. Diplomat bəyan edib ki, Avropa İttifaqı tarxində ən ciddi anı yaşayır və öz birliyini, möhkəmliyini nümayiş etdirmək əzmindədir.

Aİ komissarı Kiyevə hərbi dəstəyi davam etdirməyə və mümkün olduqda diplomatik kanallar axtarmağa çağırıb. "Biz sülh danışıqlarına da hazır olmalıyıq, çünki dünya müharibəsinin dayandırılması lazımdır", - o vurğulayıb.

 

 

NATO-nun Baş katibi Yens Stoltenberq də Brüsseldə alyans dövlətlərinin müdafiə nazirlərinin ikigünlük görüşünün yekunlarına dair mətbuat konfransında deyib ki, nüvə silahından istifadə Rusiya-Ukrayna münaqişəsinin xarakterini əsaslı şəkildə dəyişəcək və ciddi nəticələrə səbəb olacaq. Müttəfiqlərin Nüvə Planlaşdırma Qrupunun növbəti toplantısına qatıldığını bildirən Stoltenberq, bu mövzuda məsləhətləşmə və koordinasiyanın vacibliyinə diqqət çəkib: "Putinin nüvə ritorikası təhlükəli və məsuliyyətsizdir. Putinin nüvə təhlükəsini ciddi qəbul edirik. Biz çəkinmirik. Nüvə silahından istifadə münaqişənin mahiyyətini kökündən dəyişəcək və ciddi nəticələrə gətirib çıxaracaq".

Stoltenberq NATO-nun Rusiyanın nüvə silahından istifadəsinə eyni cür cavab verib-verməyəcəyi sualına“NATO-nun nüvə silahından istifadə etmək məcburiyyətində qala biləcəyi şərtlər çox uzaqdır”cavabını verib.

Bu sırada ABŞ Prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun jurnalistlərin "Putinə əliniz çata bilərmi" sualına verdiyi cavabı xatırlatmaq yerinə düşür. Bolton jurnalistə iki il əvvəl İraqda ABŞ xüsusi təyinatlıları tərəfindən öldürülən İran generalı Qasım Süleymaninin aqibətini xatırlatmaqla kifayətlənib. 

Beləliklə, Qərb yekdilliklə Putin Rusiyasının növbəti avantüralarına qarşı qətiyyətli mövqe sərgiləyib və Kremlin ağılsız addımlarının nəyə başa gələcəyini Putinə, onun ətrafına xatırladıb. İndi nəticə çıxarmaq ölkəni uçurumun bir addımlığına gətirib çıxarmış Rusiya elitasının seçiminə qalıb.

 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45