Bazar ertəsi, 06 May

Mina hər şeyi etiraf etdi: “Məni evə bağlayırdı...” - VİDEO

image

Günlərdir həyat yoldaşı ilə şəkillərini paylaşaraq insanları xoşbəxt olduğuna inandıran Mina Hüseynin boşandığı üzə çıxdı. Həyat yoldaşının bu suala cavab verməsi ilə yalanı üzə çıxan müğənni mövzu barədə geniş açıqlama verib.

Xəbər verilir ki, “MTV Maqazin” verilişinə danışan Mina ərinin aylarla ona qadağalar qoyduğunu bildirib:

“Həyat yoldaşım Sərxan mənə evdən küçəyə çıxmağa icazə vermirdi. Telefonumu götürüb, qapını üzümə bağlayıb, evdən çıxıb gedirdi. O, qohumlarımla belə mənə görüşməyə icazə vermirdi. Ona etiraz edirdim. Bu altı ay davam etdi. Ailəmin dağılmasını istəmirdim. Ailəyə müqəddəs kimi yanaşırdım. Ana olmaq istəyirdim. Amma çox təəssüf ki, başıma belə bir hadisə gəldi" .

O, həyat yoldaşının onu aldatdığını deyib:

"Nikahımızın ilk günü Sərxan mənə "Instagram" hesabımı bağlamağı və incəsənətdən uzaqlaşmağımı söylədi. Onsuz da mən efirlərə çıxıb deyirdim ki, ailə qursam, hər şeyi bağlamağa hazıram.

O təqdirdə ki, işimdən ayrılıramsa həyat yoldaşım mənə həm mənəvi həm də maddi dəstək olacaq. Hər qadın istəyər ki, onun həyat yoldaşının evi, avtomobili və daimi işi olsun. Evlənəndə dedi ki, 3 evi var - ikisi mikrorayonda, biri isə "Azur"da. Heç nəyə ehtiyacım olmayacağına, hər şeyi özü edəcəyinə söz verdi. Mən də onun bu şərtlərinə "Hə" deyib, razılaşdım”.

Mina sonradan bu sözlərin hamısının yalan olduğunu öyrənib: 

“Biz evləndikdən sonra üç ay kirayədə yaşadıq. Mənə söylədi ki, üç aydan sonra "Azur"a köçəcəyik. O zaman var-dövlət hayında deyildim. Sadəcə, sağlam ailə istəyirdim. Lakin bu insan məni aldatdı. Sonra da etiraf etdi ki, vədləri yalandır. Nə evləri var, nə pulu. Daha sonra mənə vətəndaşlıqdan imtina edib Fransaya köçməyi təklif etdi. Anladım ki, oyunun içinə düşmüşəm. Gördüm ki, artıq uçuruma doğru gedirəm. Onunla bir yerdə qalmağım artıq mümkün deyildi. Biz doqquz oktyabrda ayrıldıq. Birlikdə yaşadığımız evdən bütün əşyalarımı götürüb, köçmüşəm”.

Həmin görüntüləri təqdim edirik:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58