Çərşənbə, 15 May

Ancelina Colinin Bred Pittə yazdığı təsirli mesaj MƏTBUATA SIZDI - FOTO

image

Hollivud ulduzu Ancelina Colinin keçmiş həyat yoldaşı Bred Pittə yazdığı duyğusal mesaj mətbuata sızıb.  

Xəbər verilir ki, sözügedən qeydləri xeyli izləyici kütləsi olan tiktok istifadəçilərindən biri yayıb. Mesajın Ancelinaya aid olmasını isə "Entertainment Tonight" xəbər saytı təsdiqləyib.

Colinin 2021-ci ilin yanvarında yazdığı mesajda cütlüyün ailə həyatı qurub uzun müddət yaşadığı "Miraval" sarayı ilə bağlı faktlar yer alıb.

Ancelinanın mesajı təsirli sözləri ilə diqqət çəkib:

"Bura bizim evləndiyimiz yerdir. Əkiz övladlarımız burada dünyaya gəldi. Bu evdə yaşlanacağımızı zənn etmişdim. İndi bunları ağlamadan yazmaq mənə o qədər çətindir ki... Düşünürdüm ki, bu malikanə hər zaman bizə xoşbəxtlik gətirib, hüzur verəcək. Belə olmadı. İndi isə mənim burada olmağımı belə istəmirsən. Bu mesajımı oxuyanda xoşbəxt olacağını bilirəm".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00