Çərşənbə, 15 May

Conni Depp yenidən məhkəməyə verildi - Qalmaqal bitmir

image

Amber Herd keçmiş əri Conni Deppə qarşı məhkəmə qərarından apellyasiya şikayəti verib.

Xəbər verilir ki, aktrisa apellyasiya şikayəti vermək üçün 16 əsas göstərib.

Aktrisanın vəkili bildirib ki, Herd və Depp işində çoxlu yeni dəlillər ortaya çıxıb.

Qeyd edək ki, bu ilin mayında Amber Herd məhkəmə qərarına əsasən böhtan atmaqda təqsirli bilinib və pul təzminatı ödəməyə məcbur edilib.

Əleyhinə çıxarılan məhkəmə qərarından sonra bunun qadınların zorakılıqdan qorunması işinə böyük zərbə olduğunu deyən Amber Herd günahsızlığı uğrunda mübarizəni davam etdirmək niyyətində olduğunu bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00