Bazar ertəsi, 06 May

WhatsApp öz abonentlərini izləyir? - Telegram qurucusundan şok iddia

image

Mütəxəssis: “İzləməyə qalsa, indi elə proqramlar var ki...”

“WhatsApp öz istifadəçilərinə qarşı casusluq etmək və onları izləmək üçün bir vasitədir”.  Bunu Telegram-ın yaradıcısı Pavel Durov deyib. Durov öz kanalında Amerikanın WhatsApp rabitə xidmətinin hakerlər qarşısında necə həssas olması mövzusunda bütöv bir yazı yerləşdirib.

“Yer üzünün ən varlı insanı olmağınızın fərqi yoxdur - telefonunuzda WhatsApp quraşdırılıbsa, cihazınızdaki bütün məlumatlarınız əlçatandır. Cef Bezos bunu 2020-ci ildə bilib. Ona görə də mən çoxdan Whatsappı silmişəm. WhatsAppdan uzaq durun - o, 14 ildir bir izləmə vasitəsidir”, - o, müraciətində bildirib.

Bu bir rəqabətdən, qısqanclıqdan doğan mövqe və ya iddiadır, gözdən salmaq cəhdidir, yoxsa gerçəklik?

“Technogen MMC” və “DevCenter MMC” şirkətinin təsisçisi, “Aral” Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları Departamentinin direktoru Fərrux Rəcəbli mövzu ilə bağlı danışıb: “Ümumiyyətlə nəinki WatsApp, istifadə etdiyimiz bir çox mesencerlər və sosial şəbəkə proqramları, onların hamısında belə bir xüsusiyyət var. Buna ”izləmək" demək olmaz, sadəcə, marketing strategiyasıdır və həmin şirkətlər bu strategiyalar vasitəsi ilə bir çox brendlər, o cümlədən geyim markaları, hansısa elektron, telefon markaları haqda firmalara məlumatlar verirlər.

Cisco Şəbəkə Akademiyası Xəzər Universitetində təqdimat etdi -  XƏBƏRLƏR-Xəzər Universiteti

Fərrux Rəcəbli

Məsələn, kimsə “İnstagram” işlədir və hansısa telefon markası ilə maraqlanır, bu zaman “İnstagram” həmin məlumatları müəyyən brendlərə təqdim edir ki, Azərbaycanda insanlar daha çox həmin marka telefon və yaxud geyim markaları ilə maraqlanır və sairə. Yəni bir daha qeyd edirəm ki, bu məsələ bir çox WatsApp və yaxud digər mesencer, sosial şəbəkə proqramlarında var. Sadəcə, bunu  casusluq səviyyəsində şişirtməyə ehtiyac yoxdur. Əgər bir proqramdan istifadə olunubsa, əlbəttə ki, həmin proqramda müəyyən təhlükəsizlik tədbirləri olmalıdır ki, bu cür izləmə və nəzarət olmasın.

İzləmə də o demək deyil ki, sətirbəsətir yazılan, göndərilən səs mesajlarını kimsə oxuyur, dinləyir. Belə deyil. Lakin ümumilikdə marketing olaraq bütün sosial şəbəkə proqramlarında belə bir xüsusiyyət var ki, bütün dünyada olan insanların maraqlarını öyrənir və onları müəyyən brendlərə, istehsalçılara dəyərlər qarşılığında satırlar. Bu məsələ bugunkü dövr üçün normal haldır. İzləməyə qalsa, hazırda o qədər alternativ proqramlar var ki, WatsApp olmadan belə həmin proqramlarla insanlar bir-birilərini izləyir, hansısa məlumatları ələ keçirirlər.

O ki qaldı Telegram-ın yaradıcısının WatsApp-ı o cür təqdim etməsinə, hesab edirəm ki, bu birbaşa rəqabət, açıq döyüşdür ki, rəqibini gözdən, reytinqdən salmağa hesablanıb".

Qeyd edək ki, WatsApp-ın güvənili sosial şəbəkə olmadığı haqda vaxtaşırı məlumatlar yayılır. Hətta bir müddət əvvəl məlumatlar yayılmışdı ki, WhatsApp-dakı profilləri izləmək mümkündür, online status funksiyasının deaktiv olunması halında belə, sözügedən məlumatları əldə etmək mümkün olur.

Əsasən qorxulu fakt ondan ibarətdir ki, noutbooka və texnologiyalardan səthi anlayışa sahib olan istənilən şəxs, bu məlumatları əldə edə bilər. Problem WhatsApp-ın online statusları ilə bağlıdır. Həmçinin müəyyən şəxsin kiminlə ünsiyyətdə olduğunu öyrənmək mümkündür. Bununla yanaşı bütün bu məlumatlar yığılaraq reklam məqsədilə kənar şirkətlərə satıla bilər və sairə.

Bəs WhatsApp-da kiminsə sizi izlədiyini düşünür və bundan narahatlıq hissi duyursunuzsa, bunun üçün nə etməlisiniz? Mütəxəssislərin bu haqda aşağıdakı tövsiyələri var:

WhatsApp-ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun.

Növbəti ekranda “Əlaqələndirilmiş cihazlar” xanasını seçin.

İndi “Cihaz əlaqələndirin” xanasının aşağı hissəsində görə biləcəksiniz, kim sizi izləyir. Dərhal yazının üzərinə sıxın və oradan çıxış edin.

Daha sonra ekran kilidi aktiv edin.

WhatsApp-ı yenidən açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. “Parametrləri” seçin.

Növbəti ekranda “hesab” xanasını seçin.

İndi “Məxfilik” xanasını seçin.

Ekranı aşağıya doğru sürüşdürün.

Daha sonra “Barmaq izi kilidi” aktiv edin.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58