Cümə, 03 May

Qubanın icra başçısına qarşı ŞOK İTTİHAM – FOTO FAKT

image

Məlum olduğu kimi, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Aftafa.tv xəbər verir ki, bu barədə Cəmil Məmmədli yerli KİV-ə danışıb.

O bildirib ki, hələ məhkəmədən bildiriş almayıb. Onun sözlərinə görə, işə Xaçmaz Rayon Məhkəməsində hakim Anar Sadıqovun sədliyilə baxılacaq.

Bu barədə elektron məhkəmə portalında məlumat yayılıb.

Bildirilir ki, İcra Hakimiyyətinin başçısı jurnalistin Cinayət Məcəlləsinin 147-2-ci maddəsi (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edib.

“Quba Rayon İcra Hakimiyyəti başçısının məni hansı araşdırma yazıma görə məhkəməyə verdiyi məlum deyil. Onun şikayəti ilə hələ tanış deyiləm. Amma Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə bağlı araşdırma videoları yaymışam. Əslində prokurorluq orqanları mənim Yutub və Feysbuk səhifəmdə yaydığım araşdırmada əksini tapan faktlara hüquqi qiymət verməlidir”, – jurnalist qeyd edib.

Cəmil Məmməıdli dünəın eyni zamanda özünün “Facebook” səhifəsindən Qubanın icra başçısı tərəfindən mənimsənilən maaş kartlarının gerçək sahiblərinin adlarını açıqlayıb. Həmin siyahını da təqdim edirik:

http://aftafa.tv/M0/1/2021/03/images/20210317_150856_1615979336_4b64a3ecb3.jpg

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15