Cümə, 19 Aprel

Aytən Səfərovanı kim cəzalandırıb? - Əli Həsənovun qisasçılığı

image

Xəzər TV-nin aparıcısı Aytən Səfərova maraqlı fakt açıqlayıb.

Tanınmış teleaparıcı deyib ki, 2015-ci ildə öz ərizəsi ilə ANS-i tərk edəndən sonra  ATV, AzTV və “Xəzər”dən iş təklifi alıb. 

A.Səfərovanın sözlərinə görə, “Xəzər”dən onu arayan şəxs hakimiyyət komandasında mötəbər fiqur olub, lakin aparıcı Xəzər TV-də işləmək istəmədiyini bildirib. Deyib ki, bu telekanalda özünü görə bilmir.

Aparıcı bildirib ki, bu cavabın “cəzasını” bir neçə il çəkib. Mötəbər iqtidar mənsubuna “yox” dediyi üçün ölkənin bütün telekanallarının qapısı uzun illər üzünə bağlı qalıb. Hətta AzTV və “Xəzər” də onunla əməkdaşlıqdan imtina edib.

Həmin “mötəbər şəxs”in kimliyini araşdırılıb. Məlum olub ki, 7 il əvvəl Aytən Səfərovanı arayan adam Prezident Adminstrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov olub.

Xatırladaq ki, A.Səfərovanın ANS-dən ayrıldığı vaxt Xəzər TV-nin baş direktoru Ə.Həsənovun oğlu Şamxal Həsənov olub. Əli Həsənov oğlunun, əslində isə özünün sahibi olduğu televiziyada çalışmaqdan imtina edən telejurnalisti Prezident Adminİstrasiyasından uzaqlaşdırıldığı günə qədər təzyiq altında saxlayıb. Ə.Həsənovun qorxusundan heç bir telekanal rəhbəri “üsyankar” jurnalistlə əməkdaşlıq etməyib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28