Şənbə, 04 May

Karantin rejimi nə vaxt bitəcək? - AÇIQLAMA

image

Məlum olduğu kimi, koronavirus infeksiyasına yoluxma hallarında son statistika əsasən ikirəqəmli göstəricilərlə müşahidə olunur. Həmçinin, pandemiyanın sərt qaydaları demək olar ki, tam aradan qaldırılıb. Ötən gün xarici nümayəndələrlə görüşündə Prezident İlham Əliyev də vəziyyətin normallaşdığını dilə gətirib. Ölkə başçısı bundan sonra ölkəmizə daha çox turist gələcəyinə əminliyini bildirib.

Qeyd edib ki, “COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb”.

Maraqlıdır ki, dövlət başçısının belə bir açıqlaması yaxın zamanlarda ölkəmizdə xüsusi karantin rejiminin tam ləğvinə mesaj ola bilərmi? 

Bununla bağlı tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, istənilən halda karantinlə bağlı situasiya bu cürdür:

“Əgər pandemiya sona çatsa və bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) raportu ortada olsa, artıq buna uyğun da tədbirlər görüləcək. Məlumdur ki, ölkəmizdə karantin qaydaları nə qədər sadələşdirilsə də, pandemiya hələ davam edir. Və biz artıq pandemiyanın sönən mərhələsindəyik. Baxmayaraq ki, yoluxma intervalı xeyli yüksəkdir, artıq virusun öldürücülük və ağırlaşma törətmə qabiliyyəti xeyli aşağı düşüb. Bu, pandemiyanın sona doğru yaxınlaşdığına işarədir. Amma biz bir aydan sonra nə baş verəcəyini də bilmirik. Və pandemiya göstərdi ki, zamanında görülən tədbirlər, xüsusilə preventiv tədbirlər çox böyük effekt verir. O baxımdan da biz lazım olan anda lazımi qərarları verməyi bacarmalıyıq.

Mən düşünürəm ki, pandemiyanın tam aradan qaldırılması ilə bağlı konkret bir situasiya ortada olsa, ona uyğun adekvat qərarlar veriləcək. Bu da o deməkdir ki, ölkəmizdə karantin rejiminin tam aradan qaldırılması an məsələsi ola bilməz. Çünki bu, təkcə hökumətin, siyasi rəhbərliyin qərarı deyil. Bu, ÜST-ün verdiyi qərarlara uyğun regional, yerli qərarlardır”.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat katibi Zamirə Əbilova isə bildirib ki, ümumən həm dünyada, həm də ölkəmizdə COVİD-lə bağlı baş verən proseslər yaxından izlənilir, hər hansı dəyişiklik olduğu halda, uyğun qərarlar qəbul olunur:

“Hazırda ölkəmizdə virusa yoluxmada vəziyyət stabildir və ölüm sayı da qismən aşağıdır. Həmçinin, yoluxanların sayında yüksək dinamika müşahidə edilmir”.

Ölkəmizdə karantin rejiminin nə zaman birdəfəlik aradan qaldırılacağına gəlincə, TƏBİB sözçüsü qeyd edib ki, ÜST tərəfindən bununla bağlı hər hansı qərar veriləcəyi təqdirdə dünyada pandemiyanı tam bitmiş hesab etmək olar. Amma təşkilat tərəfindən belə bir anons hələ ki, verilməyib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15