Çərşənbə, 15 May

Ukraynanın ərizəsi 11 NATO ölkəsi tərəfindən dəstəkləndi

image

Ukraynanın NATO-ya üzv olmaq ərizəsi artıq 11 ölkə tərəfindən dəstəklənib. 

Xəbər verilir ki, bu barədə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak məlumat verib.

"Biz Ukraynanın NATO-ya daxil olması prosesinə başlayırıq və onu sona çatdıracağıq. Rəsmi müraciətimiz artıq NATO-nun Brüsseldəki mənzil-qərargahındadır. Ərizəmiz Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya da daxil olmaqla, 11 ölkə tərəfindən açıq şəkildə dəstəklənib", - deyə PA rəhbəri "Telegram"da yazıb.

Qeyd edək ki, NATO-ya üzv olmaq üçün alyansa üzv olan 30 ölkənin hamısının razılığı lazımdır.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00