Şənbə, 04 May

Azərbaycanlı deputatın oğlu oğurlanıb - FOTO

image

Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb.

Məlumata görə, oğurlanan şəxs Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovdur.

Saytın mənbəsi iddia edir ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir.

Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığı bildirilib.

Məsələ ilə bağlı saytın deputat Əhliman Əmiraslanovla əlaqə yaratmaq cəhdi baş tutmayıb.

Deputatın köməkçisi Raqif Xəlilov isə məsələni araşdırıb məlumat verəcəyini desə də, sonradan Ə.Əmiraslanovla əlaqə saxlaya bilmədiyini qeyd edib: “Zəng etdim açmadı. Günün ikinci yarısı yenidən əlaqə saxlayacağam”.

Bildirilib ki, deputatın oğlu separatçı kürd qruplaşmanın üzvləri tərəfindən oğurlanıb və azadlığa buraxılması üçün öncə 10 milyon dollar tələb olunub. Danışıqlardan sonra deputatın oğlunun 5 milyon dollar qarşılığında sərbəst buraxıldığı və hazırda Bakıda olduğu vurğulanıb.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15