Çərşənbə axşamı, 14 May

SON DƏQİQƏ! Tanınmış 2 aktrisa bədbəxt hadisənin qurbanı oldu

image

Şimal qonşumuz Rusiyada iki aktyor bədbəxt hadisənin qurbanı olub.

Xəbər verilir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, mərkəzi dairənin  Yekaterinburq-Serov yolunun 289-cu kilometrliyində Krasnoturinsk kukla teatrının truppasının olduğu PAZ markalı avtobus yük maşını ilə toqquşub.

Nəticədə iki aktrisa dünyasını dəyişib. Onların 35 və 37 yaşlarının olduğu vurğulanır. Dünyasını dəyişən şəxslərin adları açıqlanmayıb.

21 yaşlı daha bir aktyor isə təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00