Cümə, 29 Mart

Azərbaycanda DƏHŞƏT: Ata və ana birləşib qızlarını “kislota”lı əski ilə yandırdılar

image

Bakıda ata qızının üzünə sulfat turşusu (kislota) tökərək yandırıb. 

Bu barədə zərərçəkən qızın həyat yoldaşı Elnur Əhmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini İldız İbayev 1986-cı il təvəllüdlü qızı, Yeganə Əhmədovanın üzünə “kislota” atıb.

E.Əhmədov qeyd edib ki, hadisəyə xanımının valideynləri ilə arasında olan mülk davası səbəb olub:

“Bu məsələ üç ildir ki, davam edir. Yoldaşımın valideynləri 17 il öncə qızlarına torpaq sahəsi hədiyyə ediblər. Mən də həmin torpaq sahəsində ev tikmişəm. 17 ildir ki, həmin evdə yaşayırıq. Son üç ildir ki, qarşılarına məqsəd qoyublar ki, bizdən o evi alsınlar. Qanuni yolla heç nə edə bilmədiklərinə görə dünən səhər saat 9 radələrində yoldaşımın üzünə “kislota” tökərək, evdə heç kim olmadığı vaxtda onu öldürmək istəyiblər. 

Yeganə balaca övladımı bağçaya aparanda qapının ağzında ata və anası yandırıcı maddəni əskiyə tökərək onun üzünə basıblar”.

Elnur Əhmədovun sözlərinə görə, hazırda xanımı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alır:

“Yoldaşımın vəziyyəti orta-ağır olaraq qalır. Bütün üzü yanıb. Danışa bilmir”.

E.Əhmədov onu da bildirib ki, qayınatası və qayınanasından şikayətçidir:

“Hadisə ilə bağlı polisə müraciət etmişik. Polislər ekspertizanın rəyini gözləyirlər. Ondan sonra istintaq başlanacaq. Biz onlardan şikayətçiyik. Üç ildir ki, evimizi bizdən almaq istəyirlər”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45