Bazar, 12 May

Hərbçilər Makronu çevrilişlə hədələdi - Fransa təhlükə qarşısında

image

“Fransa təhlükə altındadır”.

Xəbər verilir ki, bu, 20 general daxil olmaqla, onlarla istefada olan fransız zabitinin prezident Emmanuel Makrona açıq məktubunda bildirilib.

Dövlət başçısına açıq məktubda hərbçilər ölkədə İslamın güclənməsi ilə vətəndaş müharibəsinin astanasında olma barədə xəbərdarlıq ediblər. Eyni zamanda, təqaüdçü hərbçilər buna qarşı hərəkətsizlik halında, hakimiyyəti öz əllərinə alacaqları ilə hədələyiblər.

Ümumən məktubu istefada olan 20 general, habelə orduda, polisdə və jandarmada xidmət etmiş mindən çox müxtəlif rütbəli zabit imzalayıb. 80 yaşlı general və “Xarici Legion”un keçmiş komandiri Kristian Pikemal onların lideridir. 2016-cı ildə mühacirətlər əleyhinə bir nümayiş zamanı tutulduqdan qısa müddət sonra o, imtiyazlarını itirib.

“Fransa təhlükə altındadır. O, bir neçə ölümcül təhlükə ilə üzləşir. Təqaüdə çıxdıqda belə, Fransanın əsgərləri olaraq hazırkı şəraitdə gözəl ölkəmizin taleyinə biganə qala bilmərik”, – deyən təqaüdçü zabitlər Fransanın respublika qanunlarının işləmədiyi ərazilərdə anklavlar meydana gəlməsinə görə dövlətin çökmə ərəfəsində olduğunu da vurğulayıblar.

Emmanuel Makrona “sarı jiletlər” in nümayişləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarını “günah keçisi” kimi ifşa etməsi xatırladılıb. Bundan əlavə, hərbçilər mövcud Fransa təhlükəsizlik qüvvələri arasında geniş dəstəyə sahib olduqlarına eyham vurub.

Mühafizəkar Milli Cəbhə Partiyanın lideri Marin Le Pen artıq məktub müəlliflərini dəstəkləməyə başlayıb. O, təqaüdçü hərbçiləri “Fransa uğrunda döyüşə” qoşulmağa çağırıb.

Fransa hökuməti isə məlum məktubu 60 il əvvəl prezident Şarl de Qolla qarşı baş tutmayan çevriliş cəhdinə oxşadıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44