Bazar, 04 Dekabr

Qazaxıstanda kirayə evlərin qiyməti 2 dəfə bahalaşdı

image

Qazaxıstanın Rusiya ilə həmsərhəd bölgələrində daşınmaz əmlak üçün icarə qiymətləri 15 faizdən 34 faizə qədər bahalaşıb.

Xəbər verilir ki, bu barədə məlumatı Qazaxıstanın daşınmaz əmlak sahəsi üzrə fəaliyyət göstərən “Krışa” portalı yayıb.

Məlumata görə, həmin ərazilərdə qiymət artımı əsas olaraq həftəsonu qeydə alınıb və bu, icarə evlərə tələbin artması ilə əlaqədardır. Sosial şəbəkələrdə bunun son günlər çox sayda Rusiya vətəndaşının Qazaxıstana səfər etməsi ilə bağlı olduğu iddia olunub.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. Rusiya vətəndaşları əsas olaraq ölkə ilə qonşu dövlətlərə üz tuturlar. Qazaxıstan DİN-in nümayəndəsi Aslan Atalıkovun sözlərinə görə, sentyabrın 21-dən etibarən Qazaxıstana 98 minə yaxın Rusiya vətəndaşı gəlib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bazar günü hava necə olacaq?

  • 03.12.2022 - 11:30
image

Yeni ilə yeni müharibə ilə?

  • 03.12.2022 - 10:02
image

Vatsapda daha bir yenilik

  • 02.12.2022 - 10:24