Cümə, 19 Aprel

İranlı qadın etirazlarda öldürülən qardaşının məzarı üzərində saçını kəsdi

image

İranda hicabını düzgün bağlamadığı üçün Qəşt-e Ərşad patrulu (yerli əxlaq polisi) tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etirazlarda həlak olan Cavad Heydərinin dəfn mərasimində gərgin anlar yaşanıb.

Belə ki, dövlət təhlükəsizlik qüvvələri tərəfindən öldürülən gəncin bacısı hakimiyyətə etiraz əlaməti olaraq qardaşının məzarı üzərində saçlarını kəsib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, ölkədəki etirazlar getdikcə daha da genişlənir. Artıq İrandakı nümayişlərə beynəlxalq ictimaiyyət tərəfindən də dəstək verilir.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28