Cümə, 19 Aprel

Rusiya sərhədlərini bağlayır? - Peskovdan cavab

image

"Hazırda qismən səfərbərlik fonunda Rusiyanın digər dövlətlərlə sərhədlərinin bağlanması barədə qərar yoxdur".

Xəbər verilir ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bundan əvvəl KİV-də Rusiya Federasiyasında qismən səfərbərliyə görə sərhədlərin mümkün bağlanması ilə bağlı məlumatlar yayılmışdı.

“Bu barədə heç nə bilmirəm. Hazırda bu məsələ ilə bağlı heç bir qərar yoxdur”, - deyə Peskov Rusiyanın digər dövlətlərlə sərhədlərinin bağlanması ilə bağlı xəbərləri nə təsdiq, nə də təkzib edə bilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-dən prezidentin fərmanı ilə qismən səfərbərlik elan edilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, 1000 kilometrlik təmas xəttinə və Ukraynada azad edilmiş ərazilərə nəzarət etmək lazımdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20