Ukraynanın daha çox silaha ehtiyacı var - Romanenko
Ukraynanın daha çox silaha ehtiyacı var - Romanenko
Ukrayna ordusunun Xarkov istiqamətindəki uğurları hərbi əməliyyatların dayandırılmasına ümid verir.
Xəbər verilir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko söyləyib:
“Amma Rusiya artilleriya, reaktiv yaylım atəş sistemlərində hələ də üstünlüyə malikdir. Və bu potensial bərabərləşdirilməlidir. Bunun tez baş verəcəyinə dair heç bir işarə yoxdur. Bizə müttəfiqlərin verdiyi silahlardan 4 dəfə çox silah lazımdır”, – Romanenko bildirib.
Azadsoz.com