Çərşənbə axşamı, 19 Mart

Oğlunun öldüyünü eşidib özünü asdı, 2 saat sonra oğlundan zəng gəldi - ŞOK

image

Basarkeçərdəki erməni ailəsi ilə bağlı maraqlı məlumat yayılıb. Oğlunun 13 sentyabrdakı sərhəd döyüşlərində məhv edildiyi barədə xəbəri eşidəndən sonra atası intihar edən erməni hərbçinin sağ olduğu ortaya çıxıb. 

Xəbər verilir ki, atasının intiharından sonra hərbçi ailəsinə zəng edib.

Basarkeçər meri Aharon Xaçatryan bildirib ki, ancaq son zəngdən sonra hərbçi ilə əlaqə yenidən kəsilib. Əsgər atası özünü saat 3-4 arasında, döyüşlərin qızğın vaxtında asıb. Oğlu isə 5-7 radələrində evə zəng edərək hər şeyin qaydasında olduğunu bildirib. 2 gün sonra hərbçi yenidən zəng etsə də, bundan sonra əlaqə saxlamayıb. Hazırda oğlan haqqında məlumat yoxdur.

Müqavilə ilə xidmət edən hərbçinin bacısı və qardaşı Rusiyada yaşayır.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11