Çərşənbə axşamı, 19 Mart

İranda vəziyyət ağırlaşır - Ölənlərin sayı 35-ə çatdı FOTO/VİDEO

image

İranda 22 yaşlı qadının ölümündən sonra başlayan nümayişlərdə həyatını itirənlərin sayı 35-ə yüksəlib. 

Xəbər verilir ki, ölkənin bir çox şəhərində nümayişlər davam edir, hadisələrlə əlaqədar 30 nəfər saxlanılıb. 

İran prezidenti İbrahim Rəisi hər zaman xalqın səsinə qulaq verdiyini ifadə edərək, "Düşmənlər ölkəmizdə xaos yaratmaq istəyirlər. Xalqımızın tələb və etirazlarını eşidirik, amma heç kimin xaos yükünün altına girməsinə imkan verməyəcəyik", -deyə bildirib.

isyanin-adi-mahsa-amini-can-kayb (2).jpg (21 KB)

Sentyabrın 13-də “əxlaq polisi” kimi tanınan patrullar tərəfindən saxlandıqdan sonra komaya düşən və sentyabrın 16-da dünyasını dəyişən Məhsa Əmininin vəfatından sonra başlayan nümayişlər ölkənin bir çox əyalət, rayon və qəsəbələrinə yayılıb. 

İran hakimiyyəti nümayişlər zamanı insan tələfatı ilə bağlı dəqiq məlumat verməsə də, dövlət televiziyasının xəbərlərində qeyri-rəsmi rəqəmlərə görə, təhlükəsizlik qüvvələri də daxil olmaqla, indiyədək 35 nəfərin həyatını itirdiyi bildirilib. Xəbərdə ölənlərin dəqiq sayının rəsmi orqanlar tərəfindən açıqlanacağı qeyd edilib.

Sosial şəbəkələrdə yayılan paylaşımlara görə, 2 gündür ölkənin bir çox şəhərində onlarla universitet tələbəsi həbs edilib. İran Tələbə Şuralarının Teleqram kanalının məlumatına görə, Tehran Universitetində saxlanılan tələbələrin sayı 30-a çatıb. Digər tərəfdən axşam saatlarından etibarən internet məhdudlaşdırılaraq sosial mediaya giriş tamamilə bağlanıb.

Digər tərəfdən internet və sosial mediaya çıxışın kəsilməsindən sonra ABŞ dövlət katibi Antoni Blinken də İran hökumətinin senzurasına qarşı tədbir görüldüyünü açıqlayıb. Tesla və SpaceX-in qurucusu milyarder İlon Mask İranda “Starlink” peyk internet xidmətinin aktivləşdiriləcəyini açıqlayıb.

iran-daki-mahsa-amini-protestola.jpg (30 KB)

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11