Çərşənbə axşamı, 19 Mart

Ermənistan öz qurduğu PUSQUYA DÜŞÜR – Bu ərazilərin də taleyi həll olunur

image

Ermənistan öz qurduğu PUSQUYA DÜŞÜR – Bu ərazilərin də taleyi həll olunur

“Ermənistan ordusunun Azərbaycan ilə sərhəddə növbəti dəfə atəşkəsi pozması bir daha onu göstərir ki, Ermənistanın hərbi rəhbərliyi ilə siyasi rəhbərliyi arasında dərin qarşıdurma mövcuddur, siyasi rəhbərliyin verdiyi bəyanatları hər bi komandanlıq ya qəbul etmir, ya da onları dolayısı ilə yerinə yetirilməməsi üçün şərait yaradır”.

Bunu  açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Ermənistanın törədəcəyi növbəti təxribatların cavabı İrəvan üçün çox ağrılı və sarsıdıcı olacaq:

“Sərhəddə növbəti dəfə baş verən düşmən təxribatları onu göstərir ki, Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 21 sentyabr tarixində Laçın rayonunda Azərbaycan bayrağını qaldırarkən səsləndirdiyi bəyanatları yaxşı dinləməyiblər və bu bəyanatdan özləri üçün nəticə çıxarmayıblar. Belə olmasaydı, biz bu gün baş verən təxribatların hələ də davam etdiyini müşahidə etməzdik.

Görünən odur ki, düşmən Azərbaycan tərəfini növbəti dəfə təxribata çəkməyə cəhd edir. Vətən müharibəsi və ondan sonrakı müddətdə düşmən təxribatlarının nə ilə nəticələndiyi dünya ictimaiyyətinə yaxşı məlumdur. Odur ki, bu təxribatların davam etməsi Azərbaycanı növbəti dəfə Ermənistan ordusunun töküntülərini bir qədər də cəzalandırmağa imkan yaradır. Hesab edirəm ki, atəş açılan düşmən mövqeləri anında darmadağın edilməli, həmin ərazilərdə Azərbaycan səgəri yerləşdirilməli və mövqelərin üzərində Azərbaycan bayrağı dalğalanmalıdır.

Nəticə etibarilə baş verən proseslər Ermənistanın Azərbaycanın tarixi torpaqlarından daha çox çıxarılması ilə nəticələnəcək. Bu proseslərin Qazax istiqamətinə də aid edilməsi gözləniləndir. Çünki Qazax istiqamətində 7, Naxçıvan istiqamətində 1 kəndimiz hələ də Ermənistanın işğalı altındadır.

Müharibədə məğlub olan bir tərəf özünü məğlub olmuş bir ordu, bir ölkə kimi aparmırsa, hələ bu azmış kimi üstəlik təxribatlar da törədirsə, o zaman Azərbaycan Ordusunun Damokl qılıncı kimi havadan asılı olan Dəmir yumruğu növbəti dəfə təxribat törədən düşmən ordusunun başına endirilməlidir.

Xatırladıram ki, bu dəfə də baş verən təxribatların cavabı Ermənistan üçün çox ağrılı, acılı və sarsıdıcı olacaq. Əgər Ermənistan tərəfi olan-qalan ordularının töküntülərini də itirmək istəyirsə, o zaman təxribatlarına davam edə bilər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11