Cümə, 29 Mart

Son sutkada Azərbaycanda 201 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb 

image

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 201 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 820 299 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 808 981 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 418 aktiv xəstə var. Bu günə qədər 9 900 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 084, bu günə qədər isə ümumilikdə 7 228 614 test icra olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45