Çərşənbə, 24 Aprel

Üç erməni silahlısı Zəngilandakı postumuza hücum edib

image

Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib.

Məlumata görə, üç erməni silahlısı göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra onlar mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb.

Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib.

İnsident aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00