Çərşənbə, 28 Sentyabr

"Bakcell" və "Nar" operatorlarının şəbəkələrində nə problem yaranıb? - AÇIQLAMA

image

Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

Telekommunikasiya xidmətləri göstərən şirkətlərdən əldə etdiyimiz məlumata görə, problemin aradan qaldırılması üçün işlər aparılır.

"Bakcell" şirkətindən "Report"a verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: "Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək".

"Nar" şirkətindən "Report"a bildirilib ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb: "Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti