Şənbə, 20 Aprel

“İrandakı etiraz ssenarisi çoxdan yazılıb...” 

image

“Fars kinorejissoru Əli Abbasinin Kann Film Festivalına qatılmış son “Müqəddəs hörümçək” filminə diqqətlə baxın. İrandakı son etiraz dalğaları ilə bu vacib filmin ssenarisi eynidir - feminizm, antifeminizm, silsilə qadın qətlləri və sair və ilaxır”.

Bunu yazıçı-publisist Həmid Herisçi sosial şəbəkədə yazıb.

O, hadisələrin gedişatını belə izah edir:

“Nəticəm, belədi - etiraz ssenarisi çoxdan yazılıb. Kəşfiyyatçılarla yazarların birgə məhsuludur o. Bu ssenari abzas-abzas, cümlə-cümlə reallaşdırılacaq. Ssenarinin yazılmağında psixoloqlar da iştirak edib. İran hakim elitası, SRPAH kimi qurumlar bu ssenaridə “sadomazoxist” damğası ilə işarələniblər.

Ssenariyə görə İranın Məşhəd şəhərində, İmam Rza məzarı ətrafında özbaşınalıq hökm sürür.

Bir tərəfdən əxlaqsızlıq aləmi bürüyüb, digər tərəfdən mollaların antifeminist şüarları...

Polislə cinayətkarlar arasında əslində fərq yoxdu...

Filmə baxdıqdan sonra reallığa baxmağa daha lüzum qalmır. Cari etiraz dalğalarının bütün ssenarisi, növbəti epizodları bax bu filmdədir. Nəticəm belədi - bu dəfə İranda inqilabı farslar, feministlər başlayacaq.

Ssenarini yazan kinorejissor Əli Abbasi, habelə Skandinav ölkələrindəki feministlərdi. Bu Skandinav feministləri İranda, Türkiyədə eyni hədəfli məhz kürd feministlərini yetişdirirlər.

Türkiyə-Suriya sərhədindəki qondarma Rodjava feminist kvazidövləti də, bu gözəgörünməz qüvvələrin məhsulu sayılmalıdır. Məhsa Əmininin kürd kimliyi də əvvəlcədən işarələnib. Bu, çox vacib, trend detaldı.

Qısası, İran etirazlarında Qərb bütün dəstəyini yenə də türklərə yox, məhz kürdlərə, bir də feministlərə verib.

Ssenari, film bunu tələb edir. Azərbaycan mövzusu burda qətiyyən nəzərə alınmayıb”.

Qeyd edək ki, bu ilki Kann Film Festivalında “Ən yaxşı aktrisa” nominasiyasının qalibi “Müqəddəs hörümçək” filmində baş rolu oynayan iranlı aktrisa Zər Əmir İbrahimiyə olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20