Çərşənbə, 28 Sentyabr

“Qanlı döyüşlər hələ qabaqdadır” - Qorxunc proqnoz

image

Rusiya prezidenti Vladimir Putinin "xüsusi hərbi əməliyyat"da iştirak edən könüllülərin statusu haqqında videomüraciəti yayımlanandan sonra o, qismən səfərbərlik haqqında sərəncam imzalayıb. 

Bu hansı zərurətdən baş verib? Buna səbəb əsgər çatışmazlığı, yoxsa daha şiddətli döyüşlərin başlanamasıdır?

Politoloq Tural İsmayılov mövzuya münasibət bildirib.

O, açıqlamasında deyib ki, müaribənin daha da şiddətlənəcəyi gözlənilir:

“Rusiyanın Ukraynaya hərbi əməliyyatları başladığı andan müharibənin uzun müddət davam edəcəyi gözlənilən idi. Qismən səfərbərlik elan olunması müharibədə Rusiyanın bitirici mövqedə olmamasının göstəricisidir. Rusiya Ukraynada qarşısına qoyduğu hədəflərə çata bilməyib. Əksinə olaraq hazırda Ukrayna bir sıra uğurlar qazanaraq irəliləməyə davam edir. Ukraynaya Qərb ölkələri və NATO-dan ciddi yardım dəstəyi verilir. Silah-sursat və təlim keçmiş hərbçilərlə təmin olunur.

Rusiyanın qismən səfərbərlik elan etməsi gözlənilən idi. Müharibənin arealının daha da genişlənməsi gözlənilir. Hesab edirəm ki, döyüşlər şiddətləndikcə qismən səfərbərlik tam səfərbərliyə çevriləcək. Bütövlükdə həm Rusiyada, həm də Ukraynada ümumi səfərbərlik prosesi döyüşlərin daha da gərginləşməsinə səbəb olacaq. İndiki məqamda nə Ukrayna hakimiyyəti, nə də Rusiya hakimiyyəti tərəfindən hansısa geri addım atılmayacaq. Bu səbəbdən müharibənin daha da gərginləşməsi gözləniləndir. Separatçı bölgələrin Rusiyaya birləşdirilməsi ilə bağlı “qərarlar” var. Ona görə Rusiya-Ukrayna müharibəsinin gedişində daha ağır və daha şiddətli döyüşlərə şahid olacağıq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti