Cümə, 29 Mart

Bakıda qadın onu döyən ərini həbs etdirdi

image

Nizami Rayon Məhkəməsində arvadını döydüyü üçün polisə şikayət edilən Rəşad Məmmədova hökm oxunub.  

Xəbər verilir ki, hadisə bu il avqustun 29-da Bakıda baş verib.

Belə ki, Sahilə Məmmədova DİN-in 102 xidmətinə zəng edərək həyat yoldaşı, 1983-cü il təvəllüdlü Rəşad Məmmədov tərəfindən döyülməsi barədə məlumat verib. Məlumat əsasında polis əməkaşları ünvana gedərkən Rəşad şikayətin araşdırılması üçün onlarla birlikdə polis şöbəsinə getməkdən imtina edib. O, həmçinin mənzildə yüksək səslə bağıraraq, hay-küy salaraq və nalayiq ifadələrdən istifadə edərək asayiş keşikçiləri ilə dartışıb, onların qanuni tələblərinə tabe olmayıb. Buna görə Rəşad polis şöbəsinə aparılıb. Ancaq o, analoji hərəkətlərini şöbədə də davam etdirib.

Məhkəmədə şahid qismində ifadə verən Sahilə Məmmədova ifadəsində bildirib ki, Rəşadla 18 ildir ki, evlidirlər: “Demək olar ki, hər gün Rəşad məni döyərək incidir, işgəncə verirdi. Bəzi vaxtlar Rəşadın barəsində şikayət etsəm də, sonradan ailəmi düşünərək onun barəsində tədbir görülməsini istəmirdim. 28 avqust 2022-ci ildə Rəşad yenidən məni vurmağa başladı. Şillə vurub, saçımdan tutaraq dartdı, sonra oğlumu da itələdi. Rəşadın aqressiv hərəkətlərini görüb başqa hadisənin baş verməməsi üçün DİN-in 102 xidmətinə zəng edərək məlumat verdim. Bundan sonra polislər gəldi. Rəşadı polis şöbəsinə dəvət etsələr də, o, getmək istəmədi, ucadan söyüşlər söyüb, hay-küy saldı.”

R. Məmmədovun barəsində protokol tərtib olunaraq Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə o, İnzibati Xəatalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmama) maddəsi ilə təqsirli bilinib və 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45