Cümə axşamı, 25 Aprel

Mövlam Şıxəliyev general-mayor rütbəsindən məhrum ediləcək – Qərar

image

Milli Təhlükəsizliyi Nazirliyinin(2105-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin 12 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə yanaşı rütbədən məhrum olunması barədə də qərar çıxarılıb.

Bu haqda Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə elan olunan hökmdə qeyd olunub.

Hökmə görə, Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilib.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə bu gün hökm elan edilib.

Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33