Çərşənbə, 28 Sentyabr

"Sülhün bərpası üçün Rusiya ilə dialoq aparmağa hazırıq" - Makron

image

Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı dünyanın yeni bloklara və ittifaqlara bölünməsinin qarşısını almağa çağırıb. 

Xəbər verilir ki, Fransa lideri sülhün bərpası ilə bağlı Rusiya ilə dialoq aparmağa hazır olduğunu bildirib .

Bundan əvvəl Makron yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə nüvə məsələsi ilə bağlı telefon danışığı aparmağı planlaşdırdığını açıqlamışdı . O xatırladıb ki, artıq Rusiya prezidenti ilə nüvə təhlükəsizliyi məsələsini müzakirə edib və bu mövzu hər iki ölkənin xarici işlər nazirləri arasında keçirilən danışıqlarda da qaldırılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti