Cümə, 29 Mart

Kremldə xaosdur: Putin danışıqlara can atır

image

Rusiyada təkcə Vladimir Putinə deyil, bütövlükdə ölkənin bütün rəhbərliyinə inam yoxa çıxıb, Kreml rəhbərinin çevrəsində xaos hökm sürür. 

Xəbər verilir ki, bunu müsahibəsində rusiyalı müxalifət lideri və hüquq müdafiəçisi Mark Feyqin deyib. Onun sözlərinə görə, Rusiya Federasiyasında həm hərbi komandanlığa, həm də mülki hakimiyyətə inam yox olur. Bütün bunlar da bütün hakimiyyət sistemini çökdürə biləcək məğlubiyyətlərlə əlaqədardır.

Eyni zamanda Qərb ölkələri Putinin nüvə silahından mümkün istifadəsindən çox narahatdırlar. “Xaos elementləri var, lakin bu xaos hələ hər şeyi tam əhatə etməyib. Çünki hər şey yuxarıdan aşağıya doğru getməlidir. Açıqca görünür ki, fermentasiya başlayıb. Mən hesab edirəm ki, vəziyyətdən çıxış yolu üçün ağrılı axtarışlar aparılır. Putin istəyir ki, Ukraynanı danışıqlara məcbur etsin və hardasa 50/50 variantında məsələ həll olunsun” – hüquq müdafiəçisi qeyd edib. Ekspert Putinin əvəzlənəcəyini istisna etmir, lakin qeyd edir ki, onun çevrəsində müxtəlif siyasi qanadlar var. Məsələn, Mişustini Putinin yerinə qoya bilərlər.

Bunlar özünü qorumaq istəyən radikal qanadı təşkil edir. Bəziləri də var ki, vətənpərvərləri və hər cür radikalları təhrik edir ki, onlar istəyirlər ki, Putini qovsunlar və adamlarını həbs etsinlər. Onun fikrincə, Putinin ətrafındakı iqtisadi qanad daha çox danışıqlara qadirdir. Bu baxımdan Patruşev danışıqlar apara bilirmiş kimi davranır. Amma Patruşev, Mişustindən fərqli olaraq, Ukraynadakı müharibəyə görə məsuliyyət daşıyır. Burada əsas maneə Putinin özüdür. Çünki bu müharibə Putindən başqa heç kimə lazım deyil”, – Feyqin deyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45