Şənbə, 20 Aprel

Ekspert: “Pelosi buna görə Ermənistana səfər edib”

image

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinin iki əsas məqsədi var idi - seçki kampaniyası və anti-Rusiya əhval-ruhiyyəsindən yararlanmaq istəyi.

Xəbər verilir ki, bu barədə jurnalistlərlə görüşündə erməni analitik Karen Köçəryan danışıb.

Köçəryan bu ilin noyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasına seçkilər keçiriləcəyini xatırladıb. Pelosi İrəvanda olarkən açıq şəkildə Kaliforniya ştatının əhalisinin 40 faizinin etnik ermənilər olduğunu söyləyib. Bundan başqa, o, nümayəndə heyətinə ermənilərin məskunlaşdığı ştatların konqresmenlərini də daxil edib.

Siyasi strateqin fikrincə, ABŞ hər zaman Ermənistan cəmiyyətini rusiyapərəst kimi qiymətləndirib:

“İndi Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi üstünlük təşkil edir. Təbii ki, Birləşmiş Ştatlar bundan istifadə edib təşəbbüsü öz əlinə almaq qərarına gəlib”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20