Cümə, 29 Mart

Alla Puqaçova Maksim Qalkinin müdafiəsinə qalxdı: “Məni də xarici agent siyahısına yazın” – FOTO

image

Sentyabrın 16-da Maksim Qalkinin adı Rusiyada xarici agentlər siyahısına daxil edilib. O, özü də buna münasibət bildirib və qətiyyən üzülmədiyini deyib.

Aktyorun həyat yoldaşı, müğənni Alla Puqaçova isə iki gün susduqdan sonra məsələyə reaksiya verib. O, “Instagram” səhifəsində Rusiya Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.

“Sizdən xahiş edirəm ki, məni sevimli ölkəmin xarici agentləri sırasına daxil edəsiniz. Belə ki, mən namuslu, ləyaqətli və səmimi insan, Vətənə firavanlıq, dinc həyat və söz azadlığı, ölkəmizin təklənməsinə və insanlarımızın həyatının ağırlaşmasına gətirib çıxaran xəyali hədəflər uğrunda övladlarımızın ölməsinə son qoyulmasını arzulayan, Rusiyanın əsl və sarsılmaz vətənpərvəri olan həyat yoldaşımla həmrəyəm”, - ifaçı qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45