Çərşənbə, 24 Aprel

“TikTok”suz qala bilmədik… – Ekspertin yaydığı FOTO şok yaratdı

image

Azərbaycanlı “Tiktok” istifadəçiləri “Google Play” trendində inanılmaz mənzərə yaradıblar.

Bu barədə İT mütəxəssisi, tanınmış texnobloqer Fərid Pərdəşünas bildirib.

“Sadəcə “TikTok”un bloklanması kütləvi şəkildə VPN istifadəsini artırdı. Top 45-də 33 ədəd VPN tətbiqi trenddədir. Top 10 hamısı VPN-dir. Dəhşətli rəqəmdir. “TikTok” istifadəçiləri lazımi bloklama qərarını heçə sayaraq VPN-lərə üz tutublar. Bu bir daha göstərir ki, Azərbaycanda “TikTok” istifadəsi yüksək həddədir və digər platformaları çox asan qabaqlayacaq”, – deyə ekspert vurğulayıb.

O qeyd edib ki, “TikTok” dezinformasiya və həsas görüntülərin yayılmasının və sonra bunun bizə qarşı istifadə olunmasının qarşısını almaq məqsədilə bloklanmışdı: “Lakin görünən odur ki, bəzi “TikTok” istifadəçiləri bu qərara hörmətlə yanaşa bilmədilər”.

 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37