Çərşənbə, 15 May

Əlil arabasında maddi yardım istəyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

image

Sentyabrın 15-də sosial şəbəkələrdə Bakıdakı marketlərdən birinin qarşısında əlil arabasında oturmuş vəziyyətdə, maddi kömək istədiyi görüntüsü yayılan Ağdaş rayon sakini, Vətən müharibəsi iştirakçısı Quliyev Samit Samir oğlu ona əlillik verilmədiyini bildirib.

Xəbər verilir ki, bununla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov paylaşım edib.

O bildirib ki, S.Quliyev əlillik üçün indiyədək heç bir müraciət etməyib:

"Hərbi həkim komissiyasında da Samitin müharibədə yaralanması ilə əlaqədar heç bir şəhadətnamə mövcud deyil. Özünün bildirdiyinə görə, o tam sərbəst hərəkət edir.

Bununla belə, nazirliyin nümayəndələri onunla əlaqə saxlayıb və o bu gün sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilib. Səhiyyə Nazirliyinin həkim komissiyası ilə birgə müayinə aparılacaq".

Tural Qurbanov qeyd edib ki, Samit Quliyev müharibədə aldığı yüngül xəsarətə görə “Azərsığorta” tərəfindən 550 manat sığorta ödənişi alıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00