Cümə, 19 Aprel

Azərbaycanda RƏZALƏT:  ata iki qızını bir direktora ərə vermək istədi

image

Yardımlıda qadını bacısının əri ilə evlənməyə məcbur ediblər.

Xəbər verilir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşım edib. O bildirib ki, Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib:

“Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sap-sağlam olan bacısının mövcud ərinin onu evlənməyə məcbur etməsi, ailəsinin – ata və qardaşının bu izdivacda həmin "ərə" yardım etməsidir. Həmin şəxs qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. "Ər" qızı boğaraq zorla onda ərdə olmasını tələb edib. Orta əsr qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur”.

Eyni zamanda M. Zeynalova bildirib ki, Yardımlıdan polis əməkdaşı ona zəng vurub və sığınacaqda Yardımlıdan qadının olub-olmadığını soruşub:

“Bildirdik ki, var. Dedi həmin "ər" gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin. Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya. Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, polis deyib ki, qadın axtarışa verilib, gətirməliydim. Qardaş polisin yanında hədə qorxu gəlib əməkdaşımıza, amma polis hədənin qarşısını almayıb”.

Mehriban Zeynalova qadının sığınacağa yerləşdirildiyini deyib:

“Bu arada Binəqədi rayon Polis idarəsinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Axundov Vüsal Həsən oğluna minnətdarlıq edirik ki, qadına dərhal ilkin yardım göstərib. Həm uşağa, həm də qadına qida və ayaqqabı alıb və sığınacağa istiqamətləndirib”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28