Çərşənbə, 24 Aprel

Öldürülən erməni hərbçilərinin sayı AÇIQLANDI -“Şəhidlərimizin qisası alınıb”

image

Ermənistana miqyası təsvir olunmayacaq dərəcədə güclü zərbə vurulub”

“Əldə etdiyim məlumata görə, Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində bölmələrimizə qarşı törətdiyi təxribat nəticəsində baş verən qarşıdurmada düşmənin 400-dək hərbiçisi məhv edilib”.

Xəbər verilir ki, bunu hərbi ekspert Ədalət Verdiyev özünün şəxsi “Facebook” hesabında yazıb.

 

 

Ekspert bildirib ki, həlak olanlardan çoxunun meyiti hələ də döyüş meydanında qaldığı üçün, Ermənistan tərəfi ölənlərin sayını dəqiqləşdirməkdə çətinlik çəkir: “Biz də şəhid vermişik, amma şəhidlərimizin qisası döyüş meydanında artıqlamasıyla alınıb. Əsas odur ki, Ermənistana miqyası təsvir olunmayacaq dərəcədə güclü zərbə vurulub”. 

“Açığı bir çox məsələlər barədə dəqiq məlumat vermək olmur. Bəlkə buna görədir ki, cəmiyyətimizdə bu qədər şəhid verməklə nə əldə etdiyimiz barədə suallar aktualdır. Amma bu məsələlər barədə kifayət qədər məlumatlı bir insan kimi deyə bilərəm ki, zamanla hər şey bilinəcək və əsgərlərimizin, zabitlərimizin igidliyi, peşəkarlığı sayəsində əldə etdiyimiz uğurun miqyası tam göründükdən sonra onun əsl qiyməti veriləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!. Onların qanı yerdə qalmadı və heç zaman da qalmayacaq”,-deyə o, bildirib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33