Cümə axşamı, 25 Aprel

Ağalıda işləmək üçün 800 müəllim müraciət edib - NAZİR

image

“Uzun müddətdən sonra ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindəki tam orta məktəbdə zəng çalınıb. Bu gün həqiqətən də fərqli Bilik günüdür. Hesab edirəm ki, bu, böyük prosesin başlanğıcıdır. Bu gün həm qürurverici, həm də ümidvericidir”.

Xəbər verilir ki, bunu yeni tədris ilinin başlanması ilə bağlı çıxışında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin müxtəlif sərəncamları ilə işğaldan azad olunan ərazilərdə təhsil infrastrukturunun qurulması üçün işlərə başlanılıb:

“Ağalı məktəbində 65 şagird təhsilə cəlb olunub. Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də, Ağalı sakini olan 14 müəllim dərs deyəcək. Sevindirici hal idi ki, burada işləmək üçün təxminən 800-ə yaxın müəllim müraicət etmişdi. Sakinlərin köçü davam etdiyindən yaxın həftələrdə şagird sayının artması gözlənilir. Kompleksdə həmçinin məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərəcək. Əminəm ki, Ağalı kənd tam orta məktəb təhsil sisteminin ən üzdə olan məktəblərindən biri olacaq”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33