Cümə axşamı, 25 Aprel

Ərdoğanın Zəngilan səfəri hazırlanır

image

Ermənistan lideri Naxçıvana və Türkiyəyə kommunikasiya vasitəsinə “nəzarət edəcəyik” deməklə Azərbaycanı Laçın yolunda adekvat addım atmağa təhrik edir, bu da Bakı-Moskva əlaqələrinə mənfi təsir edə bilər

Brüssel görüşündə Zəngəzur dəhlizinin açılmasını daha çox Ermənistanın istədiyini bəyan edən və buna görə Avropa İttifaqının təqdirini alan Paşinyan məlumdur ki, son sərhəd təxribatından hələ əvvəl heç bir dəhliz olmayacağını bəyan edib. Avropaya İnteqrasiya üzrə Azərbaycan Milli İctimai Komitəsinin üzvü Toğrul Cuvarlı “Kavkazski uzel” nəşrinə qeyd edib ki, Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Ermənistan bərabər şərtlərlə razılaşmalıdırlar.

“Azərbaycan Meğri vasitəsilə Naxçıvanla, Ermənistan Naxçıvan vasitəsilə İrana, Naxçıvan və Azərbaycanın qalan ərazisi vasitəsilə Rusiyaya çıxış əldə edəcək. Burada ya tərəflər simmetrik rüsumlar, gömrük prosedurları, nəzarət tətbiq etməli, ya da qarşılıqlı olaraq sıfır variantı tətbiq etməlidirlər”. Cuvarlının sözlərinə görə, Azərbaycan Ermənistanın tətbiq etdiyi rejimdən narazıdırsa, yeni yolda da analoji tədbirlər həyata keçirə bilər:“Əgər Ermənistan kommunikasiyaların açılmasından tamamilə yayınarsa, o zaman Azərbaycan üçtərəfli bəyanata müraciət edərək, Laçın dəhlizinin bir hissəsində onun icrasından imtina edə və Ermənistanla sərhəddə gömrük-keçid məntəqəsi yaratmaqla onu tam nəzarətə götürə bilər”. 

Ekspertlərə görə, Paşinyan Naxçıvana və oradan da Türkiyəyə uzanacaq kommunikasiya vasitəsinə “Ermənistan nəzarət edəcək” deməklə Azərbaycanı narazı salmaq və adekvat addımlar atmasını istəyir ki, sonra da dünyaya səs-küy salsın ki, bəs Qarabağ ermənilərinin yolu bağlanıb və sairə... Çünki dəhliz olmayacağı halda bəllidir ki, Azərbaycan da yeni yolda gediş-gəlişlə bağlı mövqe ortaya qoymağa məcbur qalacaq. Bu da mümkündür ki, Rusiya sülhməramlı qüvvələri ilə anlaşılmazlığa gətirib çıxara bilər. Paşinyan bu fikri də qəsdən ortaya atır ki, Azərbaycanla Rusiya arasında həmin məsələdə də mübahisələr ortaya çıxsın. Ermənistanın bütün manevrləri ona hesablanıb ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sərhədlərin müəyyənləşməsi, nəhayət sülh sazişinin müzakirələrinə “Qarabağ ermənilərin taleyi” məsələsini də daxil etsin. Bu istiqamətdə dünyada ermənilər hazırda aktiv diplomatik gedişlər edir. Beləliklə, Ermənistan Azərbaycana qarşı təkcə sərhəddə təxribatlar deyil, həm də yeni-yeni məkrli planlar qurmaqdadırlar ki, bu da sülh prosesini ləngidir. Bəs Bakı bu gedişlə yeni yolun bağlanmasına məcbur qala bilərmi? Rusiya sülhməramlıları ilə qarşıdurma ola bilərmi? Qarabağ erməniləri ilə Bakını danışıqlar masasına oturtmaq niyə yenidən gündəmə gətirilir?

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə qeyd etdi ki, Ermənistan vaxtaşırı Azərbaycana qarşı müxtəlif təxribatlar törədir. Deputatın sözlərinə görə, bu təxribatlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır: “İki il əvvəl üçtərəfli sənəd imzalansa da, Ermənistan hələ də qeyri-müəyyənlik göstərir, vaxt uzatmağa, öhdəlikləri yerinə yetirməməyə çalışır. Sentyabrın 12-də gecə baş verənlər də təsdiqləyir ki, onlar məhz buna mane olurlar. Halbuki Zəngəzur dəhlizinin açılması Ermənistana iqtisadi baxımdan fayda vermiş olardı. Lakin Ermənistan hər dəfə təxribat yolları haqda düşünür. Bu dəfə də ərazilərimizi minalamaq cəhdləri sübut edir ki, Ermənistan üçtərəfli bəyanatı pozmağa çalışır. Azərbaycan heç bir halda suverenliyini güzəştə getməyəcək”.

Partiyalar büdcədən maliyyələşsin - Arzuxan Əlizadə | Hafta.az

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Azərbaycanın bu məsələdə konkret mövqeyi aydındır: “Prezident qeyd etmişdi ki, Zəngəzura dəhliz statusu olmayacaqsa, Xankəndi ilə Ermənistanı birləşdirən yeni yol da dəhliz ola bilməz. Bəli, Ermənistan kommunikasiya xətlərinin açılmasında maraqlı olduğunu dilə gətirir, təəssüf ki, praktik nəticə yoxdur, heç bir əməli addım atmırlar. Baxmayaraq ki, görüşlər də keçirilib, amma görünən budur - İrəvan sözdə nəqliyyat-kommunikasiya xətlərinin açılmasında maraqlıdır. Ona görə Azərbaycan dirəniş göstərməlidir və Zəngəzura dəhliz statusu verilməlidir”. AMİP sədri düşünür ki, Ermənistan hakimiyyətinin Azərbaycanla rus hərbçiləri arasında qarşıdurma yaratmaq istəyi ola bilər: “Amma inanmıram ki, yeni yolda nəzarət-buraxılış məntəqəsi qursaq, Rusiya-Azərbaycan münasibətləri korlana bilər. Rusiya rəhbərliyi Azərbaycanın regionda güc sahibi olduğunu görür, Türkiyənin bölgədə mövcudluğunu qəbul edir, ona görə Ermənistanın ürəyindən keçən bu hiylənin baş tutacağını gözləmirəm. Üstəlik, Rusiya Ukrayna müharibəsinə görə çətin vəziyyətlə qarşılaşıb, belə halda Türkiyə və Azərbaycanı qarşısında görmək istəməz. O baxımdan Ermənistan bütün şərtləri yerinə yetirəcək, sadəcə, güc və başlarına dəyən yumruqla düzələcəklər”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, Laçına alternativ yolda hələlik sərhəd və gömrük postumuz qurulmayacaq: “Biz cəmiyyət olaraq hər nə qədər buna çağırış etsək də, Azərbaycan rəsmi olaraq bu addımı atmır. Çünki biz peyklə və nəzarətə götürdüyümüz hakim yüksəkliklərlə onsuz da həmin yolda gediş-gəlişi kontrol edə bilirik. Üstəlik, bu iş rus hərbçilərinə tapşırılıb. İndi növbə Ermənistanındır və 10 noyabr sənədində Zəngəzur dəhlizindən maneəsiz keçidlə bağlı anlaşmaya qol çəkib. İrəvan iddia edir ki, həmin bənddə dəhliz ifadəsi yoxdur, amma Ermənistan yenə manevr edir, sənəddə "maneəsiz keçid" qeyd olunub. Sadəcə, iki ildir müqavimət göstərirlər və Qərb də bu yöndə onu dəstəkləyir deyə Zəngəzura dəhliz statusu almaq mümkün olmur. Azərbaycan Qarabağda yeni yola nəzarət etməkdən daha çox Zəngəzur dəhlizini açdırmağı qarşısına hədəf qoyub. Bütün proseslərin gedişi də bununla bağlıdır. Ona görə Qarabağda yeni yola nəzarətlə bağlı Rusiya və Azərbaycan arasında bir toqquşma olacağını istisna edirəm. Əlbəttə, Paşinyanın belə bir manipulyasiyası nəzəri olaraq mümkündür, amma bizə lazım olan yeni yolda yoxlanışdan daha çox Zəngəzur dəhlizini açdırmaqdır".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33