Cümə axşamı, 25 Aprel

Sərhəddəki toqquşma BMT-də: Fransa Azərbaycana qarşı

image

“BMT Təhlükəsizlik Şurasının iclası baş tutmadığı üçün onun necə yekunlaşacağını tam əminliklə söyləmək çətindir. Amma ümumən Azərbaycan tərəfdən Ermənistana qarşı hər hansı bir ərazi təcavüzü olmadığına görə ciddi nəticə gözləmirəm”.

Bu sözləri  açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi, siyasi şərhçi Nağı Əhmədov deyib.

O, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırmasına münasibət bildirib. N. Əhmədovun sözlərinə görə, iclasda hətta Azərbaycanı qınayan sənədin də qəbul edilməsi gözlənilmir:

“Lakin tərəflərə ümumi bir çağırış ola bilər ki, atəş dərhal dayandırılsın. Yəni standart çağırışların səsləndirilməsi gözləniləndir ki, tərəflər sülh masasına yenidən otursunlar və sülh müqaviləsinin imzalanması prosesini sürətləndirsinlər. Amma ümumən Azərbaycana qarşı hansısa sənədin qəbul olunması ehtimalına inanmıram”.

N. Əhmədov hesab edir ki, sülh müqaviləsi imzalanmayana qədər periodik olaraq bu cür və ya bundan aşağı səviyyəli toqquşmaların baş vermə ehtimalı mövcuddur:

“Azərbaycanın daimi olaraq tələb etdiyi sülh gündəmi bundan ibarətdir ki, iki ölkə arasında bir-birinin ərazi bütövlüyünü tanımaq əsasında sülh müqaviləsi imzalansın. Buna müvafiq olaraq sərhədlərin delimitasiyası prosesi və eyni zamanda, kommunikasiyaların açılması məsələsi həll edilsin. Bundan sonra bu cür hərbi eskalasiyalar demək olar ki, müşahidə olunmayacaq.

Təəssüf doğuran məqam odur ki, Ermənistan tərəfindən Azərbaycan sülh gündəliyi ilə bağlı adekvat cavablar hələ ki tam mənada gəlmir. Bunun da obyektiv-subyektiv səbəbləri var.

Ermənistanın 44 günlük müharibədəki ağır məğlubiyyətindən sonra onların cəmiyyətində siyasi qruplar arasındakı mövqe fərqləri həddən artıq çoxalıb ki, bu da onların cəmiyyət olaraq hələ də sülhə hazır olmadığını göstərir. Lakin fikrimcə, bu cür hərbi eskalasiyalardan sonra Ermənistan cəmiyyətində də sülhün vacibliyini müəyyən mənada başa düşəcəklər”, – deyə BMTM nümayəndəsi vurğulayıb.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33