Cümə axşamı, 25 Aprel

Cəbhə xəttində son vəziyyət necədir?-Ədalət Verdiyevdən AÇIQLAMA

image

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.

Brüssel görüşündən sonra sülh müqaviləsinin imzalanmasını hər vəchlə gecikdirməyə çalışan Ermənistanın belə bir addım atması gözlənilən idi.

Mövzu ilə bağlı açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, erməni təxribatları dünən gecədən başlayıb, hələ də davam edir:

“Azərbaycan tərəfi bu təxribatlara kifayət qədər adekvat cavab verir. Bir daha Azərbaycan əsgərinin həyat və sağlamlığına yaranan təhdidlərə qarşı cavabsız qalmayacağını nümayiş etdirdi. Ermənistan  tərəfi kifayət qədər ciddi itkilərə məruz qalıb  Azərbaycan sərhəddinə yaxın ərazidə, Qərbi Zəngəzurda yerləşən bir neçə erməni hərbi hissəsi darmadağın edilib. Erməni tərəfinin müəyyən qədər texnikası və zenit raket kompleksilərinin elementləri məhv edilib. Onlarla düşmən silahlısı zərərsizləşdirilib. Ordumuz düşmənə layiqli, təsirli və adekvat cavab verir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33