Cümə, 19 Aprel

Ermənistan nə qədər itki verib?

image

Gecə saatlarında Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşmalar nəticəsində erməni tərəfi itkilər verib. Bu gün Ermənistan mətbuatı itkilərlə bağlı ilkin məlumatları yayıb.

Xəbər verilir ki, erməni KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin azı 10 hərbçisi yaralanıb. 

Yaralı hərbçilər Martunidə (Aşağı Qaranlıq-red) xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağır olduğundan təcili İrəvana aparılıblaar.

Ölənlərin sayı hələlik açıqlanmayıb. Ermənistan Müdafiə Nazirliyi itkilərin olduğunu, lakin rəqəmlərin dəqiqləşmədiyini bildirib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28