Cümə axşamı, 25 Aprel

Bakı metrosunda həyəcanlı anlar - Bir kişi... - VİDEO

image

Bu gün Bakı metrosunda gərgin anlar yaşanıb.

Hadisə şahidlərinin “qaynar xətti”nə verdikləri məlumata görə, Elmlər Akademiyası stansiyasında qatarı gözləyərkən bir nəfər platformadan qatar yoluna düşüb və qaçmağa başlayıb.

Daha sonra həmin vətəndaş polislər və digər vətəndaşlar tərəfindən qatar yolundan çıxarılaraq vaqona mindirilib.

Bakı Metropolitenindən bildirilib ki, sərnişin stansiya yoluna düşərək, tunelə doğru hərəkət edib.

"Metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və vaxtında qəbul etdiyi qərarla sərnişin saxlanılıb. Qatara mindirilərək, "İnşaatçılar" stansiyasına aparılıb. Hazırda aidiyyəti üzrə araşdırma aparılır".

Qeyd edək ki, qatarların hərəkətində ciddi yubanma olmayıb və problem qısa müddətdə aradan qaldırılıb.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33