Cümə, 29 Mart

Həbib: “İngiltərədə doğulsaydım, futbolçu olardım”

image

“İngiltərədə doğulsaydım, futbolçu olardım”.

Xəbər verilir ki, bu fikirləri UFC-nin keçmiş yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov Londonda keçirilən xeyriyyə gecəsində futbola münasibətindən danışarkən deyib.

“Burada çoxlu müxtəlif insanlar var. Düşünürəm ki, "Arsenal", "Çelsi", "Tottenhem", "Mançester"in azarkeşləri var, ona görə də sevimli İngiltərə futbol komandasının adını çəkməyəcəm. Deyim ki, İngiltərə Premyer Liqasını, futbolu sevirəm və ümumiyyətlə futbol MMA-dan qat-qat yaxşıdır. Bunu əvvəllər də demişəm və həmişə deyəcəm. İnsanlar soruşurlar: "O zaman niyə MMA döyüşçüsü oldun?"

Düzünü desəm, bu, bir növ təsadüfdür. Hesab edirəm ki, bu mənim Dağıstanda doğulub boya-başa çatmağımla əlaqədar baş verib. İngiltərədə anadan olsaydım, futbolçu olardım”, - deyə Həbib bildirib.

Qeyd edək ki, Nurməhəmmədov 29 döyüşdə 29 qələbə qazanıb. O, karyerasını 2020-ci ilin oktyabrında amerikalı Castin Qetjini məğlub etdikdən sonra başa vurub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45