Şənbə, 20 Aprel

Yerli turistlər ən çox hansı bölgəyə səfər edib? - Statistika

image

2021-ci ildə daxili səfərlərin ən çox təşkil edildiyi şəhərlərin adları açıqlanıb.

Bu barədə Dövlət Turizm Agentliyindən xəbər verilib.

Bildirilib ki, ən çox ziyarət edilmiş ilk 3 destinasiya Bakı, Naxçıvan Muxtar Respublikası və Quba olub.

Bu destinasiyalardan sonra Qusar, Qəbələ, Xaçmaz, Gəncə, Şəki, Sumqayıt və Abşeron isə növbəti ən çox ziyarət edilmiş şəhərlər siyahısındadır. Bakı bütün daxili səyahətlərin 31%-ni, Naxçıvan, Quba, Qusar və Xaçmaz isə 18%-ni təşkil edir. Gəncə, Şəki, Sumqayıt və Abşeron ölkədaxili edilən səfərlərin 15%-dən azını təşkil edir.

Səfərlərin məqsədlərə görə bölgüsündə Bakı, Xaçmaz, Gəncə və Abşeron istisna olmaqla, digər destinasiyalara səfərlərin demək olar ki, yarıdan çoxu dost-qohum ziyarəti məqsədilə edilib. Yerli turistlər işgüzar məqsədlə əsasən Bakı (26%), Sumqayıt (14%), Abşeron (12%) və Gəncəni (10%) ziyarət ediblər.

2021-ci ildə Xaçmaz şəhəri 45% olmaqla əsas istirahət məkanı kimi qeydə alınıb, halbuki 2020-ci il üçün bu rəqəm 28% olub. Quba (40%), Qusar (39%) və Şamaxı (38%) isə digər əsas istirahət şəhərlərindən hesab olunur. Sağlamlıq məqsədilə Bakı (16%) və Sumqayıt (16%), alış-veriş məqsədilə isə əsas şəhərlər Gəncə (13%) və Şəmkirdir (8%). Dini və digər məqsədli ziyarətlər ölkədaxili səfərlər üçün elə də maraqlı deyil.

Yerli turistlər tərəfindən təşkil edilən səfərlərin əksəriyyəti orta hesabla 1-3 gün (34-44%) və 4-7 gün (24-33%) təşkil edib. Birgünlük səfərlərin əksəriyyəti Bakı və Abşerona həyata keçirilib (17%). 8-14 günlük səfərlərdə üstünlük verilən şəhərlər Şəmkir, Bərdə və Şəkidir (hər biri 14%). Səyahət müddətinin 15 gün və daha uzun müddətə təşkil etdiyi rayonlar arasında isə Bərdə və Xaçmaz qeyd edilməlidir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20