Cümə axşamı, 25 Aprel

KİV: Azərbaycanı Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi üçün zəruri addımlar atılır

image

Azərbaycanı Naxçıvan üzərindən Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi üçün zəruri addımlar atılır. 2021-ci il oktyabrın 26-da iki ölkənin rəhbəri tərəfindən təməli qoyulan Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 57 faizi tamamlanıb.

Xəbər verilir ki, bu barədə Türkiyənin "Akşam" nəşri yazıb.

Qeyd edilir ki, iki ölkəni avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun yarıdan çoxunda tikinti işləri tamamlanıb.

Dəhlizin Azərbaycana aid hissəsində uzunluğu 123,6 kilometr olan yol Füzuli rayonunun Əhmədbəyli kəndindən başlayır.

"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu beynəlxalq standartlara uyğun birinci dərəcəli keyfiyyətlə tikilir.

Avtomobil yolunun 77,5 kilometrlik hissəsi altı hərəkət zolağı, qalan hissəsi isə 4 hərəkət zolaqlı olmaqla layihələndirilib.

Yolda tikilməkdə olan 3 avtomobil tunelinin 37 faizi tamamlandığı halda, layihədəki 23 körpüdən 19-u tikilməkdədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında türk şirkətləri tərəfindən aparılan tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır", - nəşr qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33