Şənbə, 20 Aprel

Putin Vladivostokda “Qarabağın müstəqilliyi” haqda nə deyib?

image

Rusiya prezidentinin Paşinyanın yanında millətin öz müqəddəratını təyinetmə hüququnu dilə gətirməsi təsadüfdür, amma ermənilər yenə tərsinə düşünməyə davam edirlər... 

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri kimi regiona ilk səfər edən Filip Riker Bakıya gəlir. Onun ikigünlük İrəvan səfərindən kafasında nə gətirəcəyini demək çətindir, ancaq bilinən gerçək budur ki, onu həmsədr statusnda heç kim Azərbaycana dəvət etməyib. O, sülh prosesinə töhfə verməyə gəlib, yoxsa niyyətləri Minsk Qrupunu danışıqlara “pərçim” etməkdir, bu, Bakıda bəlli olacaq.

Sentyabrın 8-10-da Ermənistana səfəri çərçivəsində Ermənistan rəsmiləri ilə bütün görüşlərdə ermənilər Minsk Qrupunun danışıqlarda fəal rol almasını istəyiblər. Amma indi ermənilərin gündəmi bu deyil, “artsax”ın müstəqilliyi haqda yeni-yeni tutarqalar tapmaqdır. Belə bir tutarqanı Rusiya prezidenti Vladimir Putin verib ki, bu barədə bir qədər sonra yazacağıq. 

“Stutus” mövzusunun yenidən qızışması da səbəbsiz deyil. Belə ki, keçmiş səhiyyə naziri, Paşinyanın partiyasının deputatı Arsen Torosyanın “artsaxın müstəqilliyi” barədə dedikləri ciddi narazılıqla qarşılanıb. Torosyanın deyib ki, illərlə “artsax”ın müstəqillik ideyası ilə yaşamaq özünü aldatmaq idi. “Artsaxın müstəqilliyinin tanımaq şansı yoxdur və heç vaxt olmayıb. Azərbaycanlılarla uzunmüddətli ədavət salmaq bizim üçün tələdir. Biz nifrət oyatmamalıyıq. Dövlət əvvəlki illərdə iflasa uğradı, Artsaxın müstəqilliyinə nail ola bilmədik. 2020-ci il müharibəsindən sonrakı status-kvo təhlükə vəd edir. Biz qeyri-müəyyən müddətə öldürülmək təhlükəsi altında qalmaq, yoxsa münaqişəni həll etmək istəyirik? Bunun üçün 30 ildir müharibə şəraitində yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını sağaltmaq, düşmənçiliyi dərinləşdirməmək lazımdır”.

Erməni mətbuatı isə Torosyanı ciddi qınağa məruz qoyaraq Rusiya prezidenti Vladimir Putinin Vladivostokda xalqların öz müqəddəratını təyinetmə hüququ prinsipi ilə bağlı dediklərini yada salıblar. Hətta bunu “ustad dərsi” adlandırıblar. Bunun belə olacağını gözləmək olardı. Yadınızdadırsa, Putin panel iclasında bu sözləri deyəndə, Paşinyan onun yanında oturmuşdu. Diqqət etdim, Paşinyan söz demək üçün, replika vermək üçün dolmuşdu, dilə gəlmək istədiyi üzünə yazılmışdı, amma bəlkə də Putinin qəzəbindən qorxduğu üçün dinmədi. Amma indi erməni mediası Putinin dediklərindən möhkəm yapışıb.

f444.jpg (82 KB)

Putin isə Vladivostokda deyib ki, BMT Nizamnaməsində millətin öz müqəddəratını təyinetmə hüququ var. “Kosovo böhranı zamanı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi qərara gəlib ki, ölkənin bir hissəsi öz müstəqilliyini elan etmək istəyirsə, bu hissə öz ölkəsinin mərkəzi hökumətindən icazə istəməyə məcbur deyil. Bu Kosovo ilə bağlıdır. Niyə Donetsk və Luqansk xalq respublikaları üçün niyə eyni prinsip olmasın?” deyə, Rusiya prezidenti sual edib.

221133.jpg (33 KB)

Ermənilər Putinin dediklərindən yapışaraq “tarixə ekskurs” edirlər və Torosyana 1991-ci il sentyabrın 2-də “Dağlıq Qarabağ Muxtar Vilayəti və Şaumyan rayon xalq deputatları sovetlərinin birgə iclasında Dağlıq Qarabağ Respublikasının elan edilməsi haqqında Bəyannaməni” xatırladırlar. “Beləliklə, o dövrdə qüvvədə olan qanunvericilikdə, xüsusən də milli muxtariyyətlərə öz dövlət-hüquqi statusunu müstəqil müəyyən etmək hüququnu 1990-cı ilin aprelin 3-də həyata keçirilmişdir. 1991-ci il dekabrın 10-da, Sovet İttifaqının rəsmi şəkildə süqutuna bir neçə gün qalmış Dağlıq Qarabağda referendum keçirildi və bu referendumda əhalinin böyük əksəriyyəti Azərbaycanın tərkibindən tam müstəqilliyə səs verdi. Ermənistan Konstitusiyasına əsasən, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təminatçısı kimi öhdəliklər götürüb və onları tam şəkildə yerinə yetirməlidir. Artsax Respublikasının beynəlxalq aləmdə tanınmasının təşviqi üçün hüquqi əsaslar(Putinin dedikləri nəzərdə tutur-N.S) göz qabağındadır”. 

Qeyd edək ki, Putin bu fikri ilk dəfə apreldə Moskvada olan BMT baş katibi Antonio Qutereşle görüşündə səsləndirib. Əslində isə Putin bilməmiş deyil ki, Beynəlxalq Ədalət Məhkəmə Kosovo ilə bağlı qərar verəndə həmin qərara xüsusi əlavə edib. Əlavədə qeyd olunur ki, bu qərar xüsusi presedent yaratmır. Niyə yaratmadığı da izah edilir. Beynəlxalq Ədalət Məhkəməsində Kosovo ilə bağlı qərardan əvvəl Serbiyanın rəsmi sualı belə qoyulmuşdu ki, bir ərazinin öz müstəqilliyini elan etməsi beynəlxalq hüquqa uyğundur, yoxsa uyğun deyil. Cavab belə olmuşdu ki, beynəlxalq hüquqda buna qadağa yoxdur. Bildirilir ki, Beynəlxalq Ədalət Məhkəməsi Yuqoslaviyanın çoxmillətli dövlət olmasını və Kosovanı müstəmləkə ərazisi kateqoriyasına aid etdiyi üçün dövlət qurmaq haqqını tanıyıb. Hər halıda, indi o bölgənin də gərginlik mərkəzlərindən biri olması bu problemin həll edilmədiyini sübut edir.

4455rr.jpg (27 KB)

Ermənilər isə Putinin “ustad dərsi” adlandırdığı çıxışından yenidən “ruhlanıblar”. Putinin bu məsələni Paşinyanın yanında dilə gətirməsi əlbəttə ki, təsadüfdür, Rusiyanın Ukraynaya hücununa hüququ don geyindərmək cəhdidir. Ermənilər isə yenə də tarixdən dərs çıxarmaq əvəzinə, tarixi tərsinə çevirmək cəhdindən əl çəkmirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20