Çərşənbə, 15 May

ABŞ-dan SOS: Çin və İran bu yolla Amerikada güclənir

image

Mərkəzi və Cənubi Amerika bölgəsi Çinin təsiri altına düşməyə başlayıb və İranın da Venesuelada fəaliyyətini artırdığını müşahidə edirik.

Aftafa.tv xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri admiral Kreyq Foller bildirib.

"Bölgəmizdə qarşılaşdığımız qlobal təhdidlərlə bağlı heç vaxt bu qədər təcili hərəkət etməli olduğumuzu hiss etməmişdim. Çin son zamanlarda ABŞ-ın cənubundakı ölkələrlə kredit, informasiya mövzularında 44 müqavilə imzalayıb. Çinin bu bölgədə lider olmasına icazə verə bilmərik", - Foller vurğulayıb.

Nikolas Maduronun Kuba, Rusiya, İran və Çinin dəstəyi ilə ayaqda qalmağa davam etdiyini bildirən Foller bu qüvvələrə qarşı yeganə yolun bölgədəki ölkələrlə ittifaqı gücləndirmək olduğunu qeyd edib.

Foller İranın da bölgədə təsirini hiss etdirdiyini söyləyib:

"Xüsusilə, son vaxtlar Venesuelada İranın fəaliyyətinin artdığını müşahidə edirik. İran eyni zamanda, Paraqvay, Argentina və Braziliyada diaspor və iqtisadi sahələrdə fəaliyyətini gücləndirib".

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00